» » » Merkeldən Putinə qarşı hədə dolu çıxış

Merkeldən Putinə qarşı hədə dolu çıxış

Merkeldən Putinə qarşı hədə dolu çıxış

Almaniya kansleri Angela Merkel Rusiyanı sərhədlərin toxunulmazlığı ilə bağlı  prinsipləri pozduğu üçün ittiham edib.

ucarliyiq.biz-in məlumatına görə, Merkel Bundestaqda çıxışı zamanı deyib ki, Rusiya sərhədlərin toxunulmazlığı prinsipini şübhə altında qoyur.

Merkel Rusiya və  Avropa arasında "etibarın itirilməsinə" görə Moskvanın məsuliyyət daşıdığını deyib. O vurğulayıb ki, Rusiyanın hərəkətləri  Avropanın şərqində NATO-nun üzvü olan  ölkələri qorxutdu. Ona görə də həmin ölkələr ittifaqın dəstəyinə ehtiyac duyurlar.

Kansler Rusiyanın sərhədlərin toxunulmazlığı ilə bağlı ittiham etsə də, Moskvasız uzunmüddətli təhlükəsizliyin mümkün olmayacağını da etiraf edib. 
Merkeldən Putinə qarşı hədə dolu çıxış
İyulun 8-9-da Varşavada NATO sammiti gözlənir. İclasda Moskvanın Şərqi Avropadakı hərəkətlərinə diqqət ayrılacaq.

Şura 2014-cü ildən bəri ilk iclasını apreldə keçirib. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra NATO-Rusiya münasibətləri Soyuq Müharibə dövründən bu yana ən aşağı həddə düşüb.

Amma Merkel onu da vurğulayıb ki, Qərb Rusiyayla dialoqu davam etdirməlidir.

Rusiya və Avropa Birliyi arasında münasibətlər Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsindən sonra pozulub. Almaniya da birlik üzvü kimi Rusiyanın bu addımına etiraz edib və Moskvaya qarşı tətbiq edilən sanksiyalara qoşulub.