» » » Obamanın müsəlman geyimində şəkilləri yayılıb

Obamanın müsəlman geyimində şəkilləri yayılıb

Obamanın müsəlman geyimində şəkilləri yayılıb

Fox News telekanalında ABŞ prezidenti Barak Obamanın müsəlman geyimində şəkili paylaşılıb. ucarliyiq.biz-in məlumatına görə, bu barədə xəbəri “Express” nəşri yayıb.

Aparıcı Bill O Reyli verilişində efirə verilən şəkillərdə Obamanın çox gənc olduğu görünür.

Məlumatda şəkillərin 90-cı illərinin sonunda Merilenddə Obamanın ögey qardaşının toyunda çəkildiyi bildirilir. Aparıcı qeyd edib ki, “Obamanın islamla dərin emosional bağlılığı var”.

Bill O Reyli həmçinin onu da qeyd edib ki, keçirilən tədbirin detalları barədə danışmaq çətindir.
Obamanın müsəlman geyimində şəkilləri yayılıb
Obamanın prezident seçkisi kampaniyası dövründə onun müsəlman olması barədə bir çox şaiyələr yayılmışdı.

Hətta onun namazda qıldığı iddia edilirdi. Çünki onun keniyalı atasının müsəlman bildirilirdi. Amma bu məlumatlar hələ ki, öz rəsmi təsdiqini tapmayıb.