» » » Dağlıq Qarabağ münaqişəsi NATO-da müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi NATO-da müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi NATO-da müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi NATO-nun  Varşavada keçirilən sammitində müzakirə olunacaq. 

ucarliyiq.biz-in məlumatına görə, bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə Uorlik yazıb. 

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan da NATO-nun sammitində iştirak edəcək.
Just arrived in #Warsaw for the @NATO summit. It's an opportunity to continue discussions on #NKpeace with #Armenia and #Azerbaijan.— James Warlick (@AmbJamesWarlick) 7 июля 2016 г.
Bir müddət əvvəl İlham Əliyev və Serj Sarkisyanın prezidentlərinin növbəti görüş yerinin Varşava olacağı barədə Ermənistan mətbuatında məlumat yayılmışdı. Məlumata görə, iyulun əvvəlində Polşanın paytaxtında NATO-nun sammiti keçiriləcək. Bu tədbiri alyansın baş katibi Stoltenberq artıq təşkilatın tarixində bir dönüş kimi qiymətləndirib. Sammitdə Rusiyanın alyansa ciddi təhlükə olduğu və NATO-un Qara dənizdə hərbi potensialı artırması haqda elan veriləcəyi gözlənilir. 
Dağlıq Qarabağ münaqişəsi NATO-da müzakirə olunacaq


NATO-nun Nyu-Portda keçirilən sonuncu sammitinə İlham Əliyev və Serj Sarkisyanın dəvət olunması və burada ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin həll olunmasına dair danışıqlar çərçivəsində prezidentlərin görüşməsi növbəti görüşün Varşavada baş tuta biləcəyi ehtimalını artırır.  2014-cü ildə Nyu-Portda Qərb tərəfləri gərginliyin aradan qaldırılması üçün səylərini əsirgərməməyə çağırmışdı.

Diqqət çəkən məqamlardan biri bu görüşdən əvvəl Vladimir Putinin təşəbbüsü ilə Soçidə Əliyev və Sarkisyanın iştirakı ilə 3 tərəfli görüşün təşkil olunması idi. O zaman Putin problemin həll olunması üçün 3 ölkə arasında mövcud olan tarixi münasibətlərdən istifadə olunmasını vacib hesab etdiyini bildirmişdi. Soçidəki görüş ATƏT-siz keçirilmişdi. Ondan sonra daha bir görüş Fransada baş tutmuşdu. 
Dağlıq Qarabağ münaqişəsi NATO-da müzakirə olunacaq