» » » "Rusiya sülh prosesini bilərəkdən ləngidir".

"Rusiya sülh prosesini bilərəkdən ləngidir".

"Rusiya sülh prosesini bilərəkdən ləngidir".

Poroşenkonun sözlərinə görə Rusiya və Moskvanın dəstəklədiyi üsyançılar  sülh prosesindən uzaqlaşdıqlarına görə tam məsuliyyət daşıyır. Ukrayna prezidenti  Kiyevin onlardan fərqli olaraq Minsk Sazişinin şərtlərinin gerçəkləşdirilməsində canfəşanlıq göstərdiyini qeyd edib.
"Rusiya sülh prosesini bilərəkdən ləngidir".


ucarliyiq.biz-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri öz yerində Şərqi Ukraynada həqiqi sabitlik bərpa olunana kimi, Minsk sazişinin aqibətinin sual altında qalacağını bəyan edib. Kerri birbaşa Rusiyaya qarşı ittihamlar irəli sürməsə də, Moskvanın Minsk sazişinin tələblərinin yerinə yetirilməsi üçün lazımi addımlar atmayacağı təqdirdə Qərbin Rusiyaya qarşı sanksiyalarının qüvvədə qalacağını xəbərdar edib.

Ukrayna, Rusiya, Almaniya və Fransa arasında 2015-ci ilin Fevral ayında bağlanmış Minsk sazişi Ukraynada  hökümət dəyişikliyindən sonra başlamış münaqişəyə son qoymaq məqsədi daşıyır. Döyüşlərdə bugünə kimi 9 mindən çox insan həlak olub.

Atəşkəs razılaşması Ukraynanın şərqində bütün döyüşlərə son qoya bilməyib. Rusiyanın dəstəklədiyi üsyançılar Ukrayna hökümətini, Ukrayna höküməti isə döyüşçüləri atəşkəsi mütəmadi olaraq pozmaqda təqisləndirir. ATƏT müşahidəçilərinə görə, atəşkəs razılaşmasının şərtləri hər gün pozulur. Ukrayna ordusu mart ayından bəri 90 hərbçisinin qətlə yetirildiyini bildirir.