» » » İraqda partlayış: ölən və yaralanan var

İraqda partlayış: ölən və yaralanan var

İraqda partlayış: ölən və yaralanan var

İraqda silahlı insident nəticəsində 35 nəfər ölüb, daha 52 nəfər xəsarət alıb. ucarliyiq.biz-in "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, paytaxt Bağdaddan şimalda yerləşən Balad şəhərində partlayıcı maddə ilə yüklənmiş avtomobil insanların sıx olduğu yerdə partlayıb.

Partlayışdan sonra silahlılar sakinlərə atəş açıb. Mənbənin bildirdiyinə görə, bir neçə şəxs də girov götürülüb.
Ötən həftə İraqın paytaxtı Bağdadda törədilən terror aktı nəticəsində ölənlərin sayı 250 nəfərə çatıb, faktı İraqın Səhiyyə nazirliyi təsdiqləyib. Ötən həftə İraqın paytaxtı Bağdadın mərkəzində ard-arda iki partlayış törədilib. Partlayışdan sonra küçədə yanğın baş verib. Bundan başqa, hadisə 4 binanın ortasında baş verdiyi üçün episentrdəki binalar ciddi zədələnib və ya qismən dağılıb.

İraqda partlayış: ölən və yaralanan var


Birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb. Bir müddət sonra, İraq paytaxtının şimalında Əş-Şaab bazarının yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb. Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatının yaraqlıları öz üzərlərinə götürüblər.

İraq rəsmi dairələrinin məlumatına əsasən partlayış sakinlərin Ramazan ayının başa çatması münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib.