» » » Varşavada NATO sammiti başlayır

Varşavada NATO sammiti başlayır

Varşavada NATO sammiti başlayır



10:11 / Varşavada NATO sammiti başlayır


Bu gün Polşanın paytaxtı Varşavada Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı 17 dövlət başçısının iştirak edəcəyi NATO sammiti başlayır.

ucarliyiq.biz-in məlumatına görə, sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.


Sammitdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə o yazıb.

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan NATO sammiti çərçivəsində keçiriləcək  Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının görüşündə  iştirak etmək üçün Varşavaya səfər edəcək. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Varşavada NATO sammiti başlayır
Məlumata görə, görüş Alyansa üzv olan və olmayan dövlətlərin prezidentləri və hökumət rəhbərləri formatında keçiriləcək. Səfər çərçivəsində Sarkisyanın Varşavada bir neçə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

Azərbaycan prezidenti İlham Əliyevin isə artıq Polşanın paytaxtı Varşavaya işgüzar səfəri başlayıb. Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.
Varşavada NATO sammiti başlayır
Bir müddət əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün yeri NATO-nun iclası çərçivəsində Varşavada ola biləcəyi barədə Ermənistan mətbuatında xəbərlər yayılmışdı.

Sammitində 18 prezident iştirak edəcək. Prezidentlərlə bərabər 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Təşkilatın iclası bu gün və sabah keçiriləcək.