» » » Azərbaycan Ukraynadan 10 hərbi təyyarə alır

Azərbaycan Ukraynadan 10 hərbi təyyarə alır

Azərbaycan Ukraynadan 10 hərbi təyyarə alır

Azərbaycan "An-178" Ukrayna təyyarələrinə görə artıq avans ödəyib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Ukrayna baş nazirinin müavini Gennadi Zubko deyib.

Onun sözlərinə görə, Azərbaycanla bağlanmış müqavilə çərçivəsində Ukrayna artıq ilk An-178 təyyarəsinə görə avans alıb.

"10 təyyarənin alınması ilə bağlı müqaviləmiz var. Həmçinin, iyun ayında iki təyyarənin təhvil verilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə maliyyələşməni həyata keçirdiyi üçün minnətdarıq", - deyə nazir bildirib.

Onun sözlərinə görə, "Antonova" təyyarələrinin alınması üçün Türkmənistan, Qazaxıstan və digər ölkələrdən də real təklif var.

Baş nazirin müavini xatırladıb ki, bu razılaşma ötən həftə Azərbaycanla aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair əldə olunub.

Razılaşma çərçivəsində "Antonov" ilkin proqramını, planlaşdırma təşkilatının strukturunu və Azərbaycan ərazisində "An-178" təyyarələrin yığılması üzrə müəssisənin tikintisi və fəaliyyətinin təmin edilməsi barədə məlumatı Azərbaycan tərəfinə təqdim etməlidir.
Azərbaycan Ukraynadan 10 hərbi təyyarə alır