» » » Barak Obama NATO-ya üç göstəriş verdi

Barak Obama NATO-ya üç göstəriş verdi

Barak Obama NATO-ya üç göstəriş verdi

"NATO İŞİD-lə mübarizəyə, Rusiyaya və Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına qarşı tədbir görməlidir". ucarliyiq.biz-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama deyib. 
Barak Obama NATO-ya üç göstəriş verdi


"İŞİD-in terror aktları, inqilabları NATO ölkələrində minlərlə günahsız insanların həyatına son qoyub. Onlar Orlando şəhərindən tutmuş İstanbul, Brüssel, Paris kimi şəhərlərdə faciələr törədiblər. İŞİD-in münaqişəsinə görə, Suriya, Əfqanıstandan minlərlə miqrantlar Avropaya axışır. Rusiyanın Ukraynaya qarşı təcavüzü bizim Avropa üçün vahid, azad və sülh yaratmaq xəyallarımıza mane olur. Britaniyanın Aİ-dən çıxması xeyrinə səsvermə isə Avropa inteqrasiyasının gələcəyi ilə bağlı mühüm məsələləri ortaya çıxarır", - deyə ABŞ lideri vurğulayıb. 

"Mənim Varşavaya gəlib Aİ və NATO liderləri ilə görüşməyimin əsas səbəbi odur ki, biz ölkələrimizin siyasi iradəsini səfərbər etməli, təcili çağırışlara müqavimət göstərmək üçün konkret öhdəlikləri öz üzərimizə götürməliyik", - deyə prezident əlavə edib.
Barak Obama NATO-ya üç göstəriş verdi
Bu gün Polşanın paytaxtı Varşavada Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı 17 dövlət başçısının iştirak edəcəyi NATO sammiti başlayıb.

Polşa prezidenti Andjey Duda NATO-nun təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı danışıb.

NATO-nun Baş katibi Yens Stoltenberq çıxış edir. O, həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizəyə toxunub.