» » » Ukrayna və Türkiyə prezidentləri Varşavada görüşdülər

Ukrayna və Türkiyə prezidentləri Varşavada görüşdülər

Ukrayna və Türkiyə prezidentləri Varşavada görüşdülər

Polşanın paytaxtı varşavada keçirilən NATO-nun sammiti çərçivəsində Ukrayna və Türkiyə prezidentləri Petro Poroşeko və Rəcəb Tayyib Ərdoğan görüşüblər. ucarliyiq.biz-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bağlı qapılar arxasında keçirilən görüş  1 saat davam edib. 
Ukrayna və Türkiyə prezidentləri Varşavada görüşdülər


Türkiyə tərəfindən görüşdə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, xarici kəşfiyyat başçısı Hakan Fİdan və Ərdoğanın mətbuat-katibi İbrahim kalın iştirak edib. 

Görüşün təfərrüatları haqqında hələlik ətraflı məlumat verilmir. 

Bir neçə gün əvvəl Ukrayna prezidenti Petro Poroşenko Ərdoğanın Rusiya prezidenti Vladimir Putindən üzr istəmədiyini söyləməklə gündəmə gəlib.
Varşavada bu gün başlayan NATO-nun Sammiti ilə alyans adaptasiya prosesinin yeni mərhələsinə qədəm qoyur. NATO Estoniya, Latviya, Litva və Polşada dörd batalyonunu yerləşdirməklə Alyansın şərq hissəsində NATO qüvvələrinin mövcudluğunu daha da gücləndirəcək. Sammitdə Cənubdan qaynaqlanan çağırışlara NATO-nun daha da uyğunlaşdırılması üçün çərçivə sənədi qəbul ediləcək.