» » » "NATO-da Azərbaycanı və Ermənistanı izləyirlər"

"NATO-da Azərbaycanı və Ermənistanı izləyirlər"

"NATO-da Azərbaycanı və Ermənistanı izləyirlər"

 NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturay Varşava şəhərində keçirilən  sammitdə çıxış edib. Onun dediyinə görə, müzakirələrdəki bərabərlik uzun müddət davam etməyəcək, tarazlıq isə yalnız danışıqlar yolu ilə baş verməlidir.

ucarliyiq.biz-in məlumatına görə, Appaturay NATO-da Azərbaycan və Ermənistanın atdığı addımlar izlənilir. Təmsilçi danışıqlar masasında məsələnin həlli üçün çoxlu təkliflərin olduğunun bildirib. Bir müddət əvvəl Azərbaycanın və qarşı tərəfin xarici işlər nazirləri ilə görüşən Ceyms Appaturay qeyd edib ki, münaqişənin həlli yolunda istənilən nəticəyə yalnız danışıqlar yolu ilə nail olunmalıdır.
"Hər iki dövlət NATO-nun vacib tərəfdaşıdır. Biz məsələdən xəbərdarıq və hadisələrin gedişi bizi narahat edir. Hələ apreldə dörd günlük kiçik miqyaslı döyüşlər zamanı hansı fəsadların ortaya çıxdığının şahidi olduq. Xoşbəxtlikdən, hər iki dövlət fikrimə görə, bu təhlükəli vəziyyətə hələlik son qoydu",