» » » İlham Əliyev NATO şərəfinə verilən naharda iştirak edib

İlham Əliyev NATO şərəfinə verilən naharda iştirak edib

İlham Əliyev NATO şərəfinə verilən naharda iştirak edib

Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo tərəfindən NATO Sammiti iştirakçılarının şərəfinə nahar verilib.

ucarliyiq.biz-in məlumatına görə, baş nazir xanım Beata Şidlo naharda iştirak edən qonaqları qarşılayıb.

Sonra birgə foto çəkilib. Azərbaycan Prezidenti İlham Əliyev, digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və NATO-nun rəsmiləri naharda iştirak ediblər.
İlham Əliyev NATO şərəfinə verilən naharda iştirak edib
NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər.
İlham Əliyev NATO şərəfinə verilən naharda iştirak edib


NATO-nun baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını salamlayıblar.

Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.