» » » "ABŞ Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır"

"ABŞ Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır"

"ABŞ Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır"

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır". ucarliyiq.biz-in məlunma tına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
"ABŞ Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır"


“Görüşdə tərəflər müharibəni rədd etdilər və danışıqlar prosesinə sadiqliklərini bildirdilər”. 

O, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin ötən gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüyünü xatırladıb
"ABŞ Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır"
Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmsədrlərdən əlavə ABŞ Dövlət katibi Con Kerri də Qarabağ münaqişəsini NATO sammitində müzakirəyə çıxarıb. Dövlət rəsmisi Qarabağı münaqişəsi barədə Azərbaycan və Ermənistan dövlət başçıları İlham ƏLiyev, Serj Sarkisyanla söhbət edib.

ucarliyiq.biz-in məlumatına görə, bu haqda departamentin təmsilçisi Con Kirbi Vaşinqton şəhərindəki birinqində rəsmi açıqlama verib. Kirbinin sözlərinə görə, dövlət katibi bir daha Vyana və Sankt-Peterburq danışıqlarında əldə edilən razılıqlara əməl olunmasının vacibliyini xatırladıb. Con Kerri ABŞ tərəfinin münaqişənin dinc yolla həll edilməsində maraqlı olduğunu deyib.