» » » Kim yenə dünyaya meydan oxudu

Kim yenə dünyaya meydan oxudu

Kim yenə dünyaya meydan oxudu

Koreya Xalq Demokratik Respublikası növbəti dəfə dünyaya meydan oxuyub. Şimali Koreya sualtı gəmidən ballistik raketin sınağını keçirib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən “Yonhap” agentliyi xəbər verib.

Cənubi Koreya silahlı qüvvələri qərargahının məlumatına görə, sınaq Yapon dənizində - Şimali Koreyanın Sinpxon limanının yaxınlığında Xamqen-Namdo əyalətində keçirilib. Raketin işə salınmasının müvəffəqiyyətlə keçib-keçmədiyi və harada yerə endiyi haqda xəbər verilmir.

Hadisə Cənubi Koreya Müdafiə Nazirliyini də narahat edib. Nazirlik hərbçilərinin Koreya Xalq Demokratik Respublikasının hərəkətlərini izlədiyini bildirib. Həmçinin Cənubi Koreya sınaq raketinin hansı məsafəyə uçduğu və hara düşdüyündən də əmin deyil. 
Kim yenə dünyaya meydan oxudu

Kim yenə dünyaya meydan oxudu


Bir müddət əvvəl rəsmi Seul Şimali Koreyanın yeni nüvə sınaqlarına hazırlaşması barədə xəbərdarlıq etmişdi. 

Pxenyan rəhbərliyi bu ilin əvvəlindən başlayaraq bir neçə dəfə bənzər sınaq həyata keçirib, hətta hidrogen bombasını belə atıb.  Yanvar ayında Koreya Xalq Demokratik Respublikası həyata keçirilən sınaq atışının müvəffəqiyyətlə keçdiyini bildirib. Bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqi üçün əsas səbəb olub. Bundan əvvəl də Koreya Xalq Demokratik Respublikası bir neçə dəfə ballistik raketin sınağını keçirmişdi. Lakin sınaqlar uğursuz nəticələnmişdi.
Kim yenə dünyaya meydan oxudu


Sonuncu dəfə iyunun 22-də Koreya Xalq Demokratik Respublikası "Hwasong-10" orta mənzilli ballistik raketinin buraxılışının uğurla həyata keçdiyini bəyan edib. Bundan bir müddət əvvəl Şimali Koreya səhər saatlarında Vonsan şəhərinin şərq sahilindən iki orta mənzilli, ehtimala görə, "Musudan" ballistik raketinin buraxılışını həyata keçirib. "CNBC" xəbər agentliyinin verdiyi məlumata görə, ikinci raketin buraxılışını Cənubi Koreya uğursuz kimi qiymətləndirib.

Yanvarda olan sınaqdan sonra BMT Təhlükəsizlik Şurası bir sıra sanksiyaların qəbulu haqqında qərar verib. Bu ölkədən kömür və dəmir alınması qadağan edilib, qızıl, titan və bənzər yeraltı sərvətlərin alınmasına məhdudiyyət qoyulub. Bundan başqa Şimali Koreyaya raket yanacağı da daxil olmaqla hava nəqliyyatı yanacağı, bahalı saatlar kimi lüks məhsulların satışı da qadağan edilib, ölkələrdən qeyri-leqal fəaliyyəti olduğu üzə çıxan koreyalı diplomatları deportasiya etmələri istənilir. 
Kim yenə dünyaya meydan oxudu


Mart ayında Koreya Xalq Demokratik Respublikası (KXDR) hökuməti nüvə silahını döyüş vəziyyətinə gətirib. Kim Çen In bu barədə sərəncam verib. “Koreya Xalq Demokratik Respublikası qabaqlayıcı zərbələrin endirilməsi imkanının əldə edilməsi məqsədilə özünün hərbi doktrinasına yenidən baxacaq”, - deyə Kim Çen In bildirib.

Lakin bu xəbərdarlıq və sanksiyaların heç biri Kim Çen Inı öz fikrindən döndərə bilmir.