» » » Erməni generalı Sarkisyanı çevrilişlə hədələdi

Erməni generalı Sarkisyanı çevrilişlə hədələdi

Erməni generalı Sarkisyanı çevrilişlə hədələdi

"Əgər kimsə müharibə bitdiyini gördüyünü deyirsə o qeyri-adekvat insandır. Ermənistan yeni müharibəyə hazırdırmı? Bu barədə baş qərargah rəisi Yuri Xaçaturov və müdafiə naziri Seyran Ohanyandan soruşun. Əgər qalib gələsələr şöhrət qazanacaqlar, məğlub olsalar isə cavab verməli olacaqlar”.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə Qarabağda işğalçı erməni qüvvələrinin ilk komandanı, bədnam “Krunk” təşkilatının üzvü olmuş general Arkadi Karapetyan "Azadlıq Radio"sunun erməni xidmətinə müsahibəsində bildirib.

Keçmiş səhra komandiri Ermənistan hakimiyyətini azərbayacanın işğaldan azad etdiyi əraziləri qaytarma cəhdinin hərbi qiyama səbəb olacağı ilə hədələyib. Karapetyan müsahibəsində ərazilərin qaytarılmasına dair danışıqların “ciddi müqavimətlə qarşılaşacağını” qeyd edib.

Son zamanlar fəallaşan danışıq prosesinə və aprel müharibəsindən sonra itirilən ərazilərin mümkün qayıdışına dair suala cavab olaraq Arkadi Karapetyan “Qarabağda heç kimin torpaqları güzəşt etməyəcəyini” deyə, bildirib. 
Erməni generalı Sarkisyanı çevrilişlə hədələdi

Erməni generalı Sarkisyanı çevrilişlə hədələdi


“Kim ərazilərin qaytarılmasının mümkünlüyü haqda danışırsa bu, onun öz problemidir. Mən güzəştlər haqqında heç düşünmək belə istəmirəm və imkan verən deyiləm ki, kimsə güzəştə getsin. Bu halda hakimiyyətdə mən və yoldaşlarım olacaqlar, başqa kimsə yox... Xalqa aid məsələni xalq istəməsə heç kim həll edə bilməz”.

Karapetyan həmçinin bildirib ki, əgər ərazilərin Azərbaycana qayıdışı haqqında məsələ qalxacaqsa Qarabağda böyük müqavimət olacaq. 

Bundan əvvəl digər keçmiş səhra komandirləri də ərazilərin qaytarılması cəhdinin Ermənistanda hərbi qiyama və hakimiyyətin devrilməsinə səbəb olacağı haqda bəyanatlar veriblər.

Ermənistanda az qala hər gün bir qrup keçmiş yaraqlı toplaşıb mətbuat vasitəsilə hakimiyyəti hədələyir, aprel döyüşlərində itirilmiş əraziləri geri almaq üçün döyüşə başlayacaqları haqda danışır. Ermənistan hakimiyyəti radikal səhra komandirlərinin bir neçəsini, o cümlədən “Şuşa batalyonu”nun komandiri Jirayr Səfilyanı hərbi çevrilişə cəhd ittihamı ilə həbs edib.
Erməni generalı Sarkisyanı çevrilişlə hədələdi


Səfilyan bu ittihamları rədd edib və bu qərarın apreldə Azərbaycanla müharibə zamanı itirilmiş torpaqlar barədə söylədiyi sözlərə görə verildiyini deyib.
Erməni generalı Sarkisyanı çevrilişlə hədələdi


Dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri Jirayr Səfilyanın həmçinin evində axtarış aparılıb. Axtarış nəticəsində onun ofisindən kompüterlər, telefon və fotolar müsadirə edilib. Bu barədə jurnalistlərə açıqlamasında Səfilyanın yaxın dostu Sedrak Nazaryan məlumat verib. 

Jirayr Səfilyan aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun təkcə təmas xəttinin şimal-şərq, Ağdərə-Tərtər istiqamətində 7 milyon kvadratmetr ərazini geri ala bildiyini demişdi. “Yoxsa Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq, 2-5 aprel hadisələri hələ başlanğıc olacaq”.