» » » Qondarma erməni soyqırımı layihəsindən sonra ilk - Ərdoğan və Merkel üz-üzə gəldi

Qondarma erməni soyqırımı layihəsindən sonra ilk - Ərdoğan və Merkel üz-üzə gəldi

Qondarma erməni soyqırımı layihəsindən sonra ilk - Ərdoğan və Merkel üz-üzə gəldi

NATO sammiti çərçivəsində Polşanın paytaxtı Varşavada olan Türkiyə  prezident  Rəcəb Tayyib  Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb. ucarliyiq.biz-in məlumatına görə, bu, tərəflərin saxta "erməni soyqırımı" layihəsinin Almaniya parlamentində tanınması, eləcə də alman deputatların İncirlik hərbi bazasına buraxılmaması nəticəsində yaşanan gərginlikdən sonra baş tutan ilk görüşü olub.

Türkiyə prezidenti Ərdoğan və Almaniya kansleri bir müddət söhbət ediblər, şəkil çəkdiriblər. 

Görüşdə iki ölkə əlaqələri ilə yanaşı miqrant axını, terrorla mübarizə kimi mövzular müzakirə olunub. Mətbuata qapalı olan görüş bir saat davam edib.
Qondarma erməni soyqırımı layihəsindən sonra ilk - Ərdoğan və Merkel üz-üzə gəldi

Qondarma erməni soyqırımı layihəsindən sonra ilk - Ərdoğan və Merkel üz-üzə gəldi


Bununla Ərdoğan və Merkel, alman parlamentinin 1915 hadisələrini "soyqırım" olaraq tanıması və alman millət vəkillərinə İncirlik bazasını ziyarət icazəsi verilməməsilə Ankara-Berlin xəttində yaranan gərginliyin ardından ilk dəfə üz-üzə gəlmiş olublar. 

Varşavada keçirilən NATO-nun zirvə görüşündə 28 ölkənin dövlət və hökumət başçıları iştirak edir.
Qondarma erməni soyqırımı layihəsindən sonra ilk - Ərdoğan və Merkel üz-üzə gəldi


İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. 

Qətnamə  “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib. Türkiyə  və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.