» » » NATO Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür

NATO Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür

NATO Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür

NATO-nun Varşava Zirvə toplantısında üzv dövlətlər tərəfindən dövlət və hökumət başçıları səviyyəsində yekun kommunike qəbul edilib.

ucarliyiq.biz-in məlumatına görə, kommunikenin 24-cü paraqrafında NATO üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməkdə sadiq olduqlarını bir daha vurğulayaraq, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə ediblər.

NATO əvvəlki zirvə toplantıları, o cümlədən 2014-cü il sentyabrın 4-5-də Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da NATO-nun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanıb və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunub.