» » » Ərdoğan Merkellə görüşdü

Ərdoğan Merkellə görüşdü

Ərdoğan Merkellə görüşdü

Varşavada keçirilən NATO-nun sammiti çərçivəsində Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. ucarliyiq.biz-in "Reuters"ə istinadən verdiyi məlumata görə, görüş planlaşdırılan 45 dəqiqədən çox çəkib. Türkiyə hökümətinə yaxın mənbənin sözlərinə görə, görüş zamanı Ərdoğan Merkelə Almaniya Bundestaqının 1915-ci il hadisələrini soyqırım kimi tanımasından məyyus olduğunu bildirib. Angela Merkel öz növbəsində söz verib ki, Bundestaqın bu qərarının türk-alman münasibətlərinə xələl yetirməməsi üçün əlindən gələni edəcək. 
Ərdoğan Merkellə görüşdü


Almaniya kansleri Türkiyənin Egey dənizindən gələn miqrant axınını saxlamasına dair razılaşmanın öhdəliklərini yerinə yetirdiyi səviyyədən məmnun qaldığını bildirib. 

İki lider İŞİD-lə birgə mübarizəni də müzakirə ediblər.

Almaniya hökümətinə yaxın mənbələr isə hələlik görüşün gedişatını və müzakirə olunan məsələləri şərh etməyiblər. 

Polşanın paytaxtında NATO sammiti iyulun 8-də öz işinə başlayıb. Sammitə Azərbaycan prezidenti İlham Əliyev də dəvət olunub.