» » » Olland Fransa yığmasının Avropa çempionatındakı uğurundan danışdı

Olland Fransa yığmasının Avropa çempionatındakı uğurundan danışdı

Olland Fransa yığmasının Avropa çempionatındakı uğurundan danışdı

NATO-ya üzv ölkə liderləri Varşavada keçirilən sammit zamanı Fransada keçirilən dünya çempionatını müzakirə etsələrdə prezident Fransua Ollandı Fransa yığmasının son oyunda qələbə qazanması ilə bağlı təbrik etməyiblər. ucarliyiq.biz-in məlumatına görə, bu haqda Fransua Olland özü jurnalistlərə məlumat verib. 
Olland Fransa yığmasının Avropa çempionatındakı uğurundan danışdı


"Sammitdə futbol haqqında danışmışıqmı? Bəli. Çünkü, hesab edirəm ki, bir çox dövlət və hökümət başçıları Almaniyaya qarşı Marseldə keçirilən matçı izləyiblər. Amma heç kəs mənə nəticəyədən məmnun qaldığını söyləmədi" - deyə Olland sammitin sessiyalarından birindən sonra açıqlama verib.  

Fransa yığması yarımfinalda Almaniyaya 2:0 hesabı ilə qalib gəlib və iyulun 10 finalda portuqallılarla üz-üzə gələcək. 
Olland Fransa yığmasının Avropa çempionatındakı uğurundan danışdı


Ollandın sözlərinə görə, Almaniya kansleri Angela Merkel "matçı şərh edərkən çox mehriban görsənib". "Bazar günü keçiriləcək final matçından hansı hesabı gözləyirsiniz?" sualına cavab olaraq isə Olland bildirib ki, bu barədə o danışa bilməz.  "Xoşbəxtlikdən prezident oynamır və heç bir proqnoz da verə bilməz" - deyə o bildirib. O həmçinin əlavə edib ki, qalibiyyat fransızların ruh yüksəkliyinə səbəb ola bilər.

"Mənə olan münasibətə gəldikdə isə, (matçın nəticəsindən asılı olaraq) - bunun mənə heç bir aidiyyatı yoxdur, mən nə futbolçuyaqm, nə məşqçi. Mən Fransa yığmasının uğurları ilə bağlı deyiləm" - Olland belə deyib.