» » » İlham Əliyev Fransua Ollandla görüşdü

İlham Əliyev Fransua Ollandla görüşdü

İlham Əliyev Fransua Ollandla görüşdü

Prezident İlham Əliyev Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb. ucarliyiq.biz-in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.