» » » Ermənistan rəhbərliyindən Qarabağ etirafı

Ermənistan rəhbərliyindən Qarabağ etirafı

Ermənistan rəhbərliyindən Qarabağ etirafı

Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin qəbuledilməz hesab etdiyi mövcud status-kvonun dəyişdirilməsinə mane olduğunu etiraf edir.

ucarliyiq.biz-in məlumatına görə, bunu Trend-ə Ermənistan prezidentinin açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan rəhbərliyi bu açıqlaması ilə beynəlxalq ictimaiyyətin qəbuledilməz və dayanıqsız hesab etdiyi mövcud status-kvonun dəyişdirilməsinə məhz Ermənistanın mane olduğunu etiraf edir.
Ermənistan rəhbərliyi davamlı şəkildə hərbi işğal faktını münaqişənin həlli prosesində gündəmə gətirməklə, beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində regiona davamlı sülh gətirmək naminə olan çağırışlarına və səylərinə qarşı çıxış edir.
Onun sözlərinə görə, Ermənistanın təxribatı və təhriki ilə başlamış məlum aprel hadisələri bir daha nümayiş etdirdi ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalına əsaslanan status-kvonun davam etdirilməsi bütün region üçün ciddi təhlükə mənbəyi olmaqda davam edir.
Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsilik Şurasının məlum qətnamələrinə uyğun olaraq, hər hansı qeyd-şərt qoymadan Ermənistan qoşunlarının dərhal və tam şəkildə bütün Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.
Ermənistan rəhbərliyindən Qarabağ etirafı
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib.
Ermənistan rəhbərliyindən Qarabağ etirafı


Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.