» » » PKK liderlərindən biri məhv edilib

PKK liderlərindən biri məhv edilib

PKK liderlərindən biri məhv edilib

PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının liderlərindən biri həlak olub.

ucarliyiq.biz-in verdiyi məlumata görə, PKK liderlərindən biri, Bahoz Erdal kimi tanınan Fehman Hüseyn Suriyanın Kamışlı şəhərində avtomobilin partlaması nəticəsində ölüb.

Məlumata əsasən, içində F.Hüseynin də olduğu maşın ötən gün müxalif qüvvələr tərəfindən partladılıb. Terrorçu liderlə yanaşı, ən azı 8 nəfərin öldüyü deyilir.

Türkiyə hökuməti də baş vermiş hadisə ilə bağlı açıqlama verib. Baş nazirin müavini Veysi Kaynak bildirib ki, Türkiyə terrorla mübarizədə çox böyük nailiyyətlər əldə edib.
PKK liderlərindən biri məhv edilib

PKK liderlərindən biri məhv edilib

“Təhlükəsizlikqüvvələrimiz terrorizmlə qəhrəmancasına mübarizə aparır. PKK ən önəmli firuqlarından biri olan “Bahoz Erdal” ləqəbli Fehman Hüseyinin avtomobilinin partladılaraq öldürüldüyü barədə xəbər aldıq. Biz bir tərəfdən terrorla mübarizə edərkən, digər tərəfdən də ölkəmizin sabitliyini, rəfahını düşünürük”, - Baş nazirin müavini deyib.
PKK liderlərindən biri məhv edilib
PKK liderinin öldürülməsindən sonra qruplaşmanın Suriya qanadı olan PYD təşvişə düşüb. Terrorçular Türkiyə sərhədində yerləşən Kamışlı şəhərinə bütün giriş-çıxışlar bağlayıblar.

Qeyd edək ki, F.Hüseyn Türkiyədə ən təhlükəli terrorçulardan biri kimi axtarışda olub.