» » » 5 polisin öldürülməsindən sonra daha bir təhdid

5 polisin öldürülməsindən sonra daha bir təhdid

5 polisin öldürülməsindən sonra daha bir təhdid

İyulun 6-da beş polisin qətlə yetirildiyi Dallas şəhərində təhlükəsizlik qüvvələri yenidən ayağa qaldırılıb. ucarliyiq.biz-in məlumatına görə, polis idarəsi ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb idarəyə daxil olan anonim təhdid olub.
5 polisin öldürülməsindən sonra daha bir təhdid


Yaxınlıqdakı maşın dayanacağında şübhəli şəxsin axtarışları aparılsa da, təhdidin mənbəyi olduğu güman edilən şəxs tapılmayıb. Yerli mediaya görə, xüsusi təyinatlı polis dəstələri polis idarəsinin əsas binasına daxil olub.

Binanın giriş-çıxışları bağlanıb. Rəsmilərin açıqlamasına görə, Dallas Polis İdarəsinə hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı anonim təhdid daxil olub və  bununla əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

Associated Press agentliyinin məlumatına görə, şəhərin mərkəzində yerləşən polis idarəsi qarşısına zirehli maşın göndərilib, binanı ağır silahlanmış polis zabitləri dövrəyə alıb.

Bununla belə sakinlərin bina yaxınlığında keçməsinə heç bir məhdudiyyət qoyulmur.  Anonim təhdidin təfərrüatları barədə açıqlama verilmir.
Dallasda toqquşmalar iki afroamerikalının öldürülməsindən sonra başlayıb. Əvvəlcə iyulun 4-də Luiziana ştatının Baton-Ruj şəhərində iki polis bir afroamerikalını yerə uzadıb, daha sonra polislərdən biri ona atəş açıb.

Səhəri gün isə analoji hadisə Minnesota ştatının Folkon-Hayts şəhərində baş verib. Bundan sonra ölkənin bir sıra şəhərində etiraz aksiyalarının keçirilməsinə başlanılıb. Dallasda aksiyalar faciə ilə nəticələnib.