» » » Aprel döyüşlərində yaralanan tankçımız dünyasını dəyişdi

Aprel döyüşlərində yaralanan tankçımız dünyasını dəyişdi

Aprel döyüşlərində yaralanan tankçımız dünyasını dəyişdi

Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq həmin vaxtdan koma vəziyyətində olan tankçı Rahim Qara oğlu Tağıyev bu gün səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib. Bu barədə ucarliyiq.biz-ə Milli Məclisin 47 saylı Mingəçevir seçki dairəsindən seçilmiş deputatı Aydın Mirzəzadə məlumat verib.

Millət vəkilinin sözlərinə görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Rahim Tağıyev 1997-ci ildən başlayaraq müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi ordu sıralarına yollanıb. Aprel döyüşləri zamanı ağır yaralandığı üçün Bakıdakı Hərbi Hospitalda müalicə edilirdi. Həkimlər onun sağ qalsa belə, komadan ayılmayacağını bildirmişdilər. Çünki qəlpə onun baş nahiyəsinin əksər hissəsini qoparmışdı.

Tankçı aprel döyüşlərindən bu tərəfə müxtəlif vaxtlarda 3 dəfə əməliyyat edilib.

Onun 3 övladı var.

Bir müddət əvvəl onun banklardan birinə olan 6 min manat borcu dövlət rəsmilərinin işə qarışmasından sonra bağışlanmışdı.

Allah rəhmət eləsin.