» » » İlham Əliyev nazirləri topladı

İlham Əliyev nazirləri topladı

İlham Əliyev nazirləri topladı

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. ucarliyiq.biz-in məlumatına görə, iclası dövlət başçısı giriş nitqi ilə açıb.

Sonra müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilin altı ayının yekunlarına dair məruzələrlə çıxış ediblər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.
Bundan əvvəl də yanvarın 17-də  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Konfransda Azərbaycan prezidenti İlham Əliyev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, dövlət və hökumət rəsmiləri, sahibkarlar iştirak ediblər.
Konfransda prezident İlham Əliyev çıxış edib.