» » » Paytaxtda qarşıdurmalar: yüzlərlə ölü

Paytaxtda qarşıdurmalar: yüzlərlə ölü

Paytaxtda qarşıdurmalar: yüzlərlə ölü

Afrika ölkəsi olan Cənubi Sudanın paytaxtı Cubada hökumət qüvvələri ilə üsyançılar arasında yenidən silahlı qarşıdurma yaranıb. ucarliyiq.biz-in məlumatına görə, döyüşlər zamanı ən az 272 nəfər ölüb. Bildirilir ki, Cənubi Sudan ötən gün azadlığının beşinci ildönümünü qeyd edirmiş. 

Dövlət başçısı Salva Kiirin əmrində olan ordu qüvvələri ilə üsyançıların keçmiş lideri və dövlət başçısının köməkçisi Riek Maçarı dəstəkləyən hərbçilərlə arasındakı qarşıdurmalar çərşənbə günü başlamışdı. Ötən gün, yəni ölkənin azadlıq günündə sakit bir gün keçirən Cubada bu gün yinə şiddətli döyüşlər başlayıb.

"Reuters" xəbər agentliyinə açıqlama verən hökumət rəsmisi döyüşlərdə bu dəqiqəyə qədər 272 nəfərin öldüyünü bildirib. 
Beş ildir azadlıq əldə edən Cənubi Sudan, 9 iyul 2011 tarixində dünyanın ən cavan ölkəsi olaraq tarixə düşüb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun paytaxtdakı insident barəsində danışarkən "buradakı vəziyyət barədə həyəcan siqnalı vermək lazımdır" sözlərini söyləyib. O, açıqlamasında ölkənin azadlıq günündən bir gün əvvəl  baş verən insidentin insanlara və insanlığa qarşı xəyanət olduğunu söyləyib.

Qeyd edilən ölkədə son bir ayda 10 əyalətdə qarşıdurma yaşanıb. Nəticə olaraq BMT-nin Təhlükəsizlik Şurası 1 iyulda Wau şəhərində təxminən 70 min insanın yerindən-yurdundan didərgin düşməsinə səbəb olan döyüşlərin dərin narahatlıq hiss etdirən xəbər olduğu barədə məlumat yaymışdı. Məlumatda möhtac olan dinc sakinlərə humanitar yardım çatdırıla bilinməsi üçün tərəflər atəşkəsə çağırılmışdı.

Cənubi Sudanda 28 aprel və 17 avqust 2015-də hökumət ilə müxaliflər arasında imzalanan sülh anlaşmasının həyata keçirilməsi çərçivəsində mövcud hökumət ləğv edilərək müvəqqəti hökumet qurulub. Müvəqqəti hökumətdə vəzifə bölgüsü hökumət, müxalifət və keçmiş siyasi məhbuslar olmaq üzrə üç tərəf arasında bölüşdürülmüşdü.
Paytaxtda qarşıdurmalar: yüzlərlə ölü