» » » Türkiyədə partlayış: 4 şəhid var

Türkiyədə partlayış: 4 şəhid var

Türkiyədə partlayış: 4 şəhid var

Türkiyə ordusu yenidən şəhid verib. ucarliyiq.biz-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hakkari əyalətinin Şəmdinli rayonunda yola döşənən partlayıcının işə düşməsi nəticəsində 4 əsgər şəhid olub, bir əsgər isə yaralanıb.

Hadisə bu gün günorta saatlarında Aktütün bölgəsində qeydə alınıb.  

PKK terrorçuları yola əvvəlcədən döşədikləri patlayıcını əsgərləri daşıyan hərbi maşının keçdiyi vaxt işə salıb.

Bölgəyə sövq edilən hərbi birliklər qaçan PKK-lıları zərərsizləşdirmək üçün genişmiqyaslı əməliyyatlara başlayıblar.
Partlayışla bağlı Müdafiə Nazirliyi də açıklama verib. Açıqlamada yaralı əsgərin dərhal xəstəxanaya çatdırıldığı bildirilib.
Bu gün gecə saatlarında da Türkiyədə PKK növbəti dəfə terror hücumu həyata keçirib. Terrorçular Van vilayətinin Erciş rayonunda Jandarma komandanlığına partlayıcı yüklü avtomobillə hücum edib.

Məlumata görə, güclü partlayış nəticəsində 1 əsgər və 1 kənd gözətçisi şəhid olub, 10 əsgər isə yaralanıb.

Daha əvvəl Ağrı vilayətində PKK terror hücumu həyata keçirib. Diyadın rayonunun Daşkəsən kəndində terrorçuların  gizlətdiyi minanın partlaması nəticəsində 1 mülki şəxs ölüb 1 nəfər yaralanıb. Həlak olan şəxsin 14 yaşlı çoban Fəttha Ərdam olduğu müəyyənləşib. Yaralanan onun yanında olan 19 yaşlı Sinan Çiftçidir.
Türkiyədə partlayış: 4 şəhid var


Təcili tibbi yardım maşını ilə Diyadin Dövlət Xəstəxanasına çatdırılan yaralı sonradan   Ağrı Dövlət Xəstəxanasına yönləndirilib. 

Ağrı vilayətinin valisi Musa İşın  sosial şəbəkədə hücumu pisləyərək, PKK tərəfdarlarına etiraz edib: 

“Ey PKK sevərlər. Canilərin qoyduğu minaya düşən Fəttah Ərdam ölüb, Sinan Çiftçi yaralanıb. PKK -nın yaşamaq haqqını əlindən aldığı bu məsum insanlar üçün deyəcəkləriniz var, yoxsa yalan və iftiralarınız hazırdır”.