» » » Üsamə Ben Ladenin oğlu qisas alacaq

Üsamə Ben Ladenin oğlu qisas alacaq

Üsamə Ben Ladenin oğlu qisas alacaq

Əl-Qaidə terror qruplaşmasının lideri Üsamə Bin Ladenin oğlu olduğu iddia edilən Həmzə Bin Laden atasının ölümünə görə ABŞ hökumətindən intiqam alacağını bəyan edib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə "Aassociated Press" agentliyi məlumat yayıb. Məlumata görə, internetdə yayılan video görüntülərdə Həmzə Bin Laden Vaşinqtonun bu qərarında bütün amerikalıları günalandırıb.

Əl-Qaidə liderinin oğlu onu da bəyan edib ki, terror qruplaşması ABŞ-a qarşı "Müqəddəs müharibəni" davam etdirəcək.
Üsamə Ben Ladenin oğlu qisas alacaq


"Siz Abbotabaddakı cinayətinizin cavabsız qalacağını düşünürsünüzsə yanılırsınız"-deyə Həmzə Bin Laden yaydığı videodakı çıxışında bildirib.

Üsamə Bin Laden 2011-ci ilin mayında Pakistanın Abbotabad şəhəri yaxınlığında ABŞ xüsusi təyinatlılarının apardığı əməliyyatlar zamanı məhv edilib. Onun oğlu olduğu iddia edilən şəxsin hazırda harada yaşadığı məlum deyil.
2001-ci il 11 sentyabr tarixində 4 sərnişin təyyarəsini qaçıran Əl-Qaidə terrorçuları  Nyu-York və Vaşinqton şəhərlərinə hücum edib. Terrorçulardan ikisi təyyarələri Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına çırpıb.Digər təyyarələrdən biri Pentaqonun binasını hədəfə alıb. Nəticədə tikilinin bir hissəsi dağılıb. Təyyarələrdən biri isə hədəfə çatmadan qəzaya uğrayıb. Rəsmi məlumata görə, hücumlar nəticəsində 19-u terrorçu olmaqla 3 minə yaxın insan öldürülüb. Bu hadisələr dünya tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşüb. 
Üsamə Ben Ladenin oğlu qisas alacaq