» » » "Putin Azərbaycana əli boş gəlməyəcək"

"Putin Azərbaycana əli boş gəlməyəcək"

"Putin Azərbaycana əli boş gəlməyəcək"

"Azərbaycanla Ermənistan arasındakı müharibə Rusiya üçün bu problemin əhatəsində ola biləcək ən pis ssenaridir. Dostlarımızın, qardaşlarımızın ölməsinə tamaşa etmək çox ağırdır." ANS TV-nin məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin  " Hesabat" verilişində aprel hadisələrindən danışarkən deyib.

Mir Şahinin suallarını cavablandıran səfir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son zamanlar xüsusi canlanmanın müşahidə olunmasından danışıb.

Onun sözlərinə görə aprelin əvvləndə baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin heçdə dondurulmadığını və onun həlli istiqamətində daha ciddi addımların atılmasının vacibliyini bir daha göstərdi.  

"Bizim Ermənistanla kökləri dərin olan dost münasibətlərimiz var. Biz hərbi-siyası müttəfiqlərik. Rusiya onlara böyük iqtisadi yardım göstərir. Biz bir inteqrasiya qruplaşmasının üzvləriyik. Bu konflikti yalnız maraqların balanslaşdırılması əsasında həll etmək olar. Elə bir kompromisə gəlmək lazımdır ki, tərəflər bir-birinə etibar edə bilsin. Təzyiq yolu ilə deyil hər iki tərəfin eyni səviyyədə qəbul edə biləcəyi formulanın axtarışı yolu ilə həll metodu üzərində çalışırıq" - deyə Qarabağ münaqişəsinin həlli yollarından danışan Rusiyanın Azəərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib.

Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi haqqında gəzən söz-söhbətlərin yalnız jurnalist və politoloqların fantaziyası olduğunu söyləyən səfir bu mövzu ətrafında heç bir müzakirənin aparılmadığını əlavə edib. 

Son illər ölkəmizin Rusiya üçün aparıcı tərəfdaşlarından olduğunu vurğulayan Doroxin Azərbaycanla hərbi-texniki əməkdaşlığa da toxunub.  Səfir bildirib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycana böyük miqdarda silah-sursat satılır və bundan sonra da qüvvədə olan müqavilələr davam edəcək, hətta yeni müqavilələrin də bağlanılması nəzərdə tutulub.

Daha sonra Rusiya prezidenti Vladimir Putinin Azərbaycana nəzərdə tutulan səfərindən danışan Vladimir Doroxin bu cür səfərlərin hər il baş tutduğunu, bu il də müzakirə olunacaq məslələrin çox olduğunu vurğulayıb.

"Bu il elə məsələlər yığılıb ki, prezidentlər bunu müzakirə etməlidir. Putin heç vaxt əli boş gəlmir. Azərbaycanda da bu görüşə hazırlaşırlar. Nələrin həyata keçirildiyi, nələrin qaldğı təhlil olunacaq. Yeni tapşırıqlar ortaya çıxacaq. Ona görə də bu səfər nümayişkəranə səfər deyil, işgüzar səfər olacaq. Digər görüşlər kimi münasibətlərimizə öz tövhələrini verəcək" - deyə səfir bildirib.