» » » Bin Ladenin oğlu qisas alacaq

Bin Ladenin oğlu qisas alacaq

Bin Ladenin oğlu qisas alacaq

"Əl-Qaidə" terror qruplaşmasının lideri Üsamə Bin Ladenin oğlu olduğu iddia edilən Həmzə Bin Laden atasının ölümünə görə ABŞ hökumətindən intiqam alacağını bəyan edib.

ucarliyiq.biz-in məlumatına görə, internetdə yayılan video görüntülərdə Həmzə Bin Laden Vaşinqtonun bu qərarında bütün amerikalıları günahlandırıb.

Əl-Qaidə liderinin oğlu onu da bəyan edib ki, terror qruplaşması ABŞ-a qarşı "Müqəddəs müharibəni" davam etdirəcək
Bin Ladenin oğlu qisas alacaq
“Siz Abbatabaddakı cinayətinizin cavabsız qalacağını düşünürsünüzsə yanılırsınız" - Həmzə Bin Laden belə deyib.

Üsamə Bin Laden 2011-ci ilin mayında Pakistanın Abbatabad şəhəri yaxınlığında ABŞ xüsusi təyinatlıların apardığı əməliyyatlar zamanı məhv edilmişdi.

Onun oğlu olduğu iddia edilən şəxsin hazırda harada yaşadığı məlum deyil

2001-ci il 11 sentyabr tarixində 4 sərnişin təyyarəsini qaçıran Əl-Qaidə terrorçuları  Nyu-York və Vaşinqton şəhərlərinə hücum etmişdi. Terrorçulardan ikisi təyyarələri Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına çırpıb.
Digər təyyarələrdən biri Pentaqonun binasını hədəfə alıb. Nəticədə tikilinin bir hissəsi dağılıb. Təyyarələrdən biri isə hədəfə çatmadan qəzaya uğrayıb. Rəsmi məlumata görə, hücumlar nəticəsində 19-u terrorçu olmaqla 3 minə yaxın insan öldürülüb. Bu hadisələr dünya tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşüb.