» » » BMT Cənubi Sudandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT Cənubi Sudandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT Cənubi Sudandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

Cənubi Sudan yenidən müharibə dövrünə geri qayıdıb. ucarliyiq.biz-in məlumatına görə, ölkənin vitse-prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.

Vitse-prezident Maçar Riekin hökumətə qarşı çıxması ölkədə genişmiqyaslı etirazlara və qarşıdurmalar səbəb olub.

İki gün əvvəl Cənubi Sudanın Cuba şəhərində müxalif qruplar arasında qarşıdurmalar yaşanmışdı. Qarşıdurmalar nəticəsində azı 272 nəfərin öldürüldüyü bildirilir.

Maçar Riek hökumət qüvvələrinin onun tərəfdarlarına hücum etdiyini bildirib. Qarşıdurmalarda ən çox itki verən də məhz Riekin tərəfdarları olub. Buna baxmayaraq, onlar Cuba şəhərini zəbt etmək üçün əməliyyatlar keçirirlər.

Ölkənin informasiya nazirliyi hazırda vəziyyətin nəzarət altında olduğunu qeyd edir.

Maçar Riek prezident Salva Kiirin sülh razılaşması istəyində ciddi olmadığını deyib.
BMT Cənubi Sudandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək
Ekspertlər Cənubi Sudanda son günlərdə müşahidə olunan zorakılıqları 2013-cü ildə əsgərlər arasında başlayan və daha sonra vətəndaş müharibəsinə çevrilən hadisələrə bənzədiblər.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası ölkədəki vəziyyətlə əlaqədar təcili iclas keçirəcək.

BMT Təhlükəsizlik Şurası Cənubi Sudanda silahlı toqquşmaların bərpası ilə əlaqədar təcili iclas keçirəcək.