» » » Rusiya onlarla hərbi gəmini Xəzərə çıxardı

Rusiya onlarla hərbi gəmini Xəzərə çıxardı

Rusiya onlarla hərbi gəmini Xəzərə çıxardı

Rusiya hərbi aviasiyası və donanması Xəzər dənizində geniş miqyaslı təlim keçirib.

ucarliyiq.biz-in məlumatına görə, bir həftə ərzində 20-dən çox hərbi gəmi aviasiya ilə birlikdə şərti düşmənin zərbələrini dəf etmək və onu məhv etməklə bağlı tapşırığı yerinə yetirib.
Rusiya onlarla hərbi gəmini Xəzərə çıxardı


Təlimlərdə aviasiya da iştirak edib. Xəzərdəki geniş miqyaslı təlimlərdə ən tücrübəli gəmi heyətlərinin bir qrupu iştirak edib. Dənizçilərin müdafiə və müharibə şəraitindəki bacarıqları yoxlanılır.

“Təlimlərdə gəmilərin və heyətin məhz döyüş bacarığı nüayiş edirilir”, - Xəzər donanması komandanının müavini Sergey Efimov deyib.

Rusiyanın Xəzər donanmasının təlimi Xəzəryanı ölkələrin hərbi gəmilərinin iştirakı ilə keçiriləcək beynəlxalq yarışa hazırlıq xarakteri daşıyıb.
Rusiya bu il iyun ayında da Xəzərdə genişmiqyaslı hərbi təlimlər keçirib. Rusiya Xəzərdə 20 gəmi və aviasiyanın iştirakı ilə müdafiə təlimi keçirib.

Təlimlərdə "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Mahaçkala", "Astraxan" və digər kiçik raket və artilleriya gəmiləri, həmçinin iki "Su-24", "Su-25" təyyarələri iştirak edib.
Rusiya onlarla hərbi gəmini Xəzərə çıxardı
Rusiya Hərbi Dəniz Qüvvələri bu il fevralın 9-da isə Xəzər və Qara dənizdə təlimlər keçirib.

Hərbi gəmilər Cənub hərbi dairəsinin qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində Xəzər dənizi və Qara dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçiriblər.

Fevralın 8-də Cənub hərbi dairəsinin qoşunları və hava-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlaması başlayıb. Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə 1 nömrəli döyüş hazırlığı əmri verib.