» » » Fransa yenə alovlandı: tutulanlar var

Fransa yenə alovlandı: tutulanlar var

Fransa yenə alovlandı: tutulanlar var

Fransanın paytaxtı Parisdə polis qüvvələri Eyfel qülləsinin altında zorakılıq edən gənclərə müdaxilə ediblər.

ucarliyiq.biz-in məlumatına görə, hadisə Avropa çempionatının final matçına baxmaq üçün toplaşan azarkeş kütləsinin 100 metrliyində baş verib.

Azarkeş zonası adlandırılan yerdə matçları canlı izləmək üçün irihəcmli monitorlar yerləşdirilib.

Zorakı gənclər Eyfel qülləsinin altında zibil qalağını yandırıblar. Eyfel qülləsi Fransanın əsas turizm mərkəzlərindən biridir.

Təhlükəsizlik qüvvələri alova müdaxilə etmək üçün zorakı gəncləri gözyaşardıcı qazla bölgədən uzaqlaşdırmağa çalışıblar.

Som məlumatlara görə, qarşıdurmalar nəticəsində 40-dək azarkeş polis əməkdaşları tərəfindən saxlanılıb. Asayiş keşikçiləri qarşıdurma zamanı azarkeşlərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Fransa yenə alovlandı: tutulanlar var

Fransa yenə alovlandı: tutulanlar var

Fransa yenə alovlandı: tutulanlar var

Fransa yenə alovlandı: tutulanlar var

Fransa yenə alovlandı: tutulanlar var

Oyundan əvvəl Eyfel qülləsi ətrafında başlayan toqquşmalar şəhərin mərkəzi küçələrində davam edib. İnsident zamanı bir neçə avtomobil yandırılıb. İğtişaşlar həmçinin “Stad de Frans” stadionunun fan-zonasında və ətrafında da baş verib.

Avropa çempionatından əvvəl də Fransanın paytaxtı Parisdə etiraz aksiyaları keçirilib. Parlamentin yeni iş qanununu qəbul etməsindən sonra xalq küçələrə çıxıb. Qərardan hiddətlənən işçilər dükanlara, maşınlara od vurub, yollarda barrikadalar qurublar.
Fransa yenə alovlandı: tutulanlar var
Fransa və Belçikada keçirilən kütləvi aksiyalar zamanı polis qüvvələri etirazçılara qarşı zor tətbiq edib. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan buna sərt reaksiyaya verərək bəyan etmişdilər ki, bu yolverilməzdir.