» » » İŞİD-in son vaxtlar Türkiyə və Avropaya niyə hücum etdiyi bilindi

İŞİD-in son vaxtlar Türkiyə və Avropaya niyə hücum etdiyi bilindi

İŞİD-in son vaxtlar Türkiyə və Avropaya niyə hücum etdiyi bilindi

İŞİD terrorçu qruplaşması son 18 ayda İraq və Suriyadakı torpaqlarının dörddə birini itirib.

ucarliyiq.biz-in məlumatına görə, İHS beynəlxalq araşdırma və informasiya şirkəti bildirir ki, İŞİD son bir il yarımda torpaqlarının 25 faizini itirib.

Məlumata görə, 2015-ci ilin yanvar ayında İŞİD-in nəzarəti altında olan ərazilər 60 min 800 kilometr idisə, indi 68 min 300 kilometrdir.

İHS mütəxəssisləri hesab edir ki, İŞİD son aylar torpaqlarını itirdiyinə görə, Yaxın Şərq və Avropa ölkələrində müxtəlif terror hücumları həyata keçirir və bu cür hücumların sayının artacağı istisna edilmir.

İraqın Azərbaycandakı səfiri Fadhi Avad Əl-Şüveyli də ANS-ə müsahibəsində İŞİD-in İraq ərazisində xeyli torpaq itirdiyini təsdiqləyib. O bildirib ki, İraq ordusu terrorçuların nəzarəti altında olan torpaqların böyük hissəsini azad edib. İndi ordunun hədəfində Mosuldur.
İŞİD-in son vaxtlar Türkiyə və Avropaya niyə hücum etdiyi bilindi
İŞİD İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşmadır və 3 yanvar 2014-cü ildə müstəqilliyini, 29 iyun 2014-cü ildə isə yeni xilafət yarandığını elan edib. İŞİD nəzarəti altında olan ərazilər əsasən neftlə zəngin torpaqlardır.

2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi.

2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi.