» » » Ərdoğan Merkelə: Əllərin soyuqdur

Ərdoğan Merkelə: Əllərin soyuqdur

Ərdoğan Merkelə: Əllərin soyuqdur

NATO sammiti çərcivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında baş tutan görüş zamanı yaşanan dialoq medianın diqqətindən yayınmayıb.

ucarliyiq.biz-in  Almaniya mətbuatına istinadla verdiyi məlumata görə, Bundestaqda “erməni soyqırımı” ilə bağlı Türkiyənin əleyhinə çıxan qərardan sonra ilk rəsmi görüş çox soyuq abu-havada keçib.

Görüş başlayan zaman Ərdoğan Merkelə “əllərinizə sağlıq” deyib.

Daha sonra dialoq belə davam dedib:

Ərdoğan: Çöldə idiniz?

 Merkel: Niyə?

Ərdoğan: Əlləriniz soyuqdur

Merkel: Günahkar qızıdırıcıdır.
Ərdoğan Merkelə: Əllərin soyuqdur
İyulun 9-da NATO sammiti çərçivəsində Polşanın paytaxtı Varşavada olan Türkiyə  prezidenti Rəcəb Tayyib  Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.
Ərdoğan Merkelə: Əllərin soyuqdur


Bu, tərəflərin saxta "erməni soyqırımı" layihəsinin Almaniya parlamentində tanınması, eləcə də alman deputatlarınİncirlik hərbi bazasına buraxılmaması nəticəsində yaşanan gərginlikdən sonra baş tutan ilk görüşü olub.

Türkiyə prezidenti Ərdoğan və Almaniya kansleri bir müddət söhbət ediblər, şəkil çəkdiriblər. 

Görüşdə iki ölkə əlaqələri ilə yanaşı miqrant axını, terrorla mübarizə kimi mövzular müzakirə olunub. Mətbuata qapalı olan görüş bir saat davam edib.

İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. 

Qətnamə  “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib. Türkiyə  və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.