» » » İran və Ermənistan arasında vizasız rejim qüvvəyə mindi

İran və Ermənistan arasında vizasız rejim qüvvəyə mindi

İran və Ermənistan arasında vizasız rejim qüvvəyə mindi

İranla Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma qüvvəyə minib. ucarliyiq.biz-in İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehranda İran prezidenti Həsən Ruhanin sədrlik etdiyi Nazirlər Kabinetinin iclasında Ermənistanla İran arasında viza rejiminin ləğvi ilə bağlı razılaşma təsdiqlənib.
İran və Ermənistan arasında vizasız rejim qüvvəyə mindi


İyunun 16-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğvi barədə razılaşma imzalayıb. Sənəd Ermənistan parlamenti tərəfindən bir müddət öncə təsdiq olunub.

Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə, 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

İran və Ermənistan tərəfi razılaşmanın gələcəkdə iki ölkə arasında iqtisadi, ticarət və başqa əlaqələrin "güclənməsi və tənzimlənməsinə" xidmət edəcəyinə ümid edir.