» » » Ermənistandan danışıqlara hazırıq bəyanatı

Ermənistandan danışıqlara hazırıq bəyanatı

Ermənistandan danışıqlara hazırıq bəyanatı

“Ermənistan hətta Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır”. ucarliyiq.biz-in məlumatına görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlamasında deyib.
Ermənistandan danışıqlara hazırıq bəyanatı


O bildirib ki, bu sənəd Ermənistanı razı salmasa da rəsmi İrəvan Madrid prinsiplərini əsas kimi qəbul edir.

“Həmin sənədin əsasında bir sıra işçi sənədlər qəbul edilib. Bunlar arasında Azərbaycanın imtina etdiyi Kazan sənədi də var.

Şarmazanov bu dəfə də xalqların öz müqəddaratını təyin etmə prinsipini ortaya atıb. O deyib ki, bu prinsip İrəvan üçün əsas olaraq qalır. “Azərbaycan mərhələli həldən danışırsa, ilk mərhələdə Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu tanımalıdır. Belə olan halda "status-kvo” dəyişəcək".
Ermənistandan danışıqlara hazırıq bəyanatı
2008-ci ildə qəbul edilən Madrid prinsiplərinə görə Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır.

Ermənistan indiyə kimi məsələ ilə razılaşmır və əvvəlcə statusu müəyyən etməyi vacib sayır.  Bu prinsiplər əsasında uzun müddət "Kazan sənədi" müzakirə olunub. 
İlham Əliyev Qarabağ münaqişəsinin həlli yolunu açıqladı
"Əvvəlcə 5 rayon azad olunacaq"
Putin Lavrovu İrəvana yeni Qarabağ planı ilə göndərir
Ermənistandan danışıqlara hazırıq bəyanatı