» » » Srebrenitsa qətliamının daha 127 qurbanının adı bilindi

Srebrenitsa qətliamının daha 127 qurbanının adı bilindi

Srebrenitsa qətliamının daha 127 qurbanının adı bilindi

Avropada İkinci Dünya müharibəsindən sonra yaşanan bəşəriyyətin ən faciəli qətliamı hesab edilən Srebrenitsa soyqırımının 21-ci ildönümündə şəxsiyyəti müəyyənləşdirilən daha 127 qurban torpağa tapşırılacaq. ucarliyiq.biz-in məlumatına görə, soyqırım qurbanlarının kimliyi DNT testləri vasitəsilə müəyyən edilib.
Srebrenitsa qətliamının daha 127 qurbanının adı bilindi


Öncəki gün Visokodan Srebrenitsaya gətirilən cənazələr savaş zamanı BMT-də xidmət edən holland hərçilərin hərbi baza kimi istifadə etdiyi köhnə zavod binasına yerləşdirilmişdi. 

Fabrikdən çiyinlər üzərində çıxarılan tabutlar mərasim üçün Potoçari Şəhidliyinə aparılıb. 

Bu il dəfn ediləcək 127  qurbandan 12-i öldürüldükdə 18 yaşından kiçik olub. Ən gənc qurbanın 14, ən yaşlının isə 77 yaşı var idi. 

Bununla da şəxsiyyəti müəyyən edilən soyqırım qurbanlarının sayı 6504-ə çatıb. 
Srebrenitsa qətliamının daha 127 qurbanının adı bilindi


İkinci Dünya müharibəsindən sonra ən qanlı soyqırım kimi qiymətləndirilən hadisənin üzərindən 21 il keçməsinə baxmayaraq kütləvi məzarlıqlar hələ də qalmaqdadır. Soyqırım zamanı  8 min 372 nəfər öldürülüb. Hələ də min yüz  nəfərin tapılması istiqamətində işlər aparılır. 







Qətliam 11 iyul 1995-ci ildə baş verib. Həmin vaxt Bosniya serb qüvvələrinin komandiri (sabiq), soyqırımda günahlandırılan general Ratko Mladiçin nəzarətində olan silahlı birləşmələr Bosniyanın ərazisində yerləşən Srebrenitsa şəhərini işğal edib.

Şəhərdə yerləşən müsəlman əhaliyə qarşı soyqırım həyata keçirilib. Ratko Mladiç törətdiyi kütləvi qətllərə görə həbs edilib. 
Srebrenitsa qətliamının daha 127 qurbanının adı bilindi
Bosniyanın soyqırımda günahlandırılan serb lider Radovan Karadziçə isə artıq hökm oxunub. Haaqa Hərbi Tribunalı onu 11 ittihamdan 10-da təqsirkar bilib. 

O, soyqırım törətməklə bərabər, müharibə cinayətləri ilə də mühakimə edilib. Karadziç törətdiyi bütün cinayətlərə görə 40 il müddətinə azadlıqdan məhrum edilib.
Bosniya müharibəsi ilə bağlı gizli sənədlər açıqlandı (FOTO)