» » » Roma Papasının Bakı səfərinin vaxtı bilindi

Roma Papasının Bakı səfərinin vaxtı bilindi

Roma Papasının Bakı səfərinin vaxtı bilindi

Vatikan Roma Papası Fransiskin Gürcüstana və Azərbaycana səfər proqramını açıqlayıb. ucarliyiq.biz-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Vatikanın mətbuat xidməti açıqlama yayıb.
Roma Papasının Bakı səfərinin vaxtı bilindi


Roma Papasının iki ölkəyə səfəri sentyabrın 30-da başlayacaq. O, ilk olaraq Gürcüstana gedəcək. Oktyabrın 2-də isə Azərbaycana gələcək. 

Bakı səfəri zamanı Papanın Azərbaycan prezidenti İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə ilə görüşü nəzərdə tutulub. 
Roma Papasının Bakı səfərinin vaxtı bilindi
Regiona səfər Azərbaycan və Gürcüstanın dini qurumlarının dəvəti ilə reallaşacaq. 

Bu, Roma Papasının Azərbaycana ikinci səfəri olacaq. 2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfəri baş tutub. 2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı, 264-cü Roma papası II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gələrək ulu öndər Heydər Əliyevlə görüşüb.

Papa iyun ayının 24-də Ermənistana səfər edib. Ermənistanda səfərdə olan Roma papası Fransisk və erməni katalikos II Qaregin Eçmiadzində imzaladıqları birgə bəyanatda Dağlıq Qarabağ məsələsinə də toxunublar.

ucarliyiq.biz-in məlumatına görə, hər iki dini iсma lideri münaqişənin sülh yolu ilə həll edidəсəyini ümid etdiklərini bildiriblər.

"Təəssüf  ki, biz dində radikal hadisələrin və nifrəti, diskriminasiyasnı, zorakılığı yaymağa bəraət qazandırmaq üçün dini dəyərlərdən istifadənin şahidi oluruq. Bu сür сinayətlərə dini ideologiya ilə  bəraət qazandırılması yolverilməzdir".