» » » İngiltərənin yeni baş naziri bəlli oldu

İngiltərənin yeni baş naziri bəlli oldu

İngiltərənin yeni baş naziri bəlli oldu

İngiltərənin yeni baş nazirinin adı məlum olub. ucarliyiq.biz-in məlumatına görə, ölkənin yeni baş naziri hazirki daxili iş naziri Teresa May olacaq. Nəticələrin belə tez məlum olmasına səbəb isə namizədlərdən biri - energetika naziri Andrea Ledsom seçilərdən geri çəkilməsidir.

İngiltərə mətbuatı Leadsomun geri çəkilməsindən sonra yeganə namizəd olan iqtidardakı Mühafizəkarlar partiyasının təmsilçisi Teresa Mayın sentyabrdan tez baş nazir kürsüsə otura biləcəyini yazıb. 
İngiltərənin yeni baş naziri bəlli oldu


Leadsom baş nazir postu uğrunda yarışdan çəkildiyini barədə özü açıqlama verib və deyib ki, rəqibi ölkənin Aİ-dan çıxışını təmin edəcək ideal liderdir. O, Maya uğurlar arzulayıb. 

Energetika naziri həftəsonu "Sunday Times" qəzetinə verdiyi açıqlamada rəqibinin ana olmamasının baş nazir postu üçün daha əlverişli olduğunu demişdi. Onun bu açıqlaması sərt reaksiyalara yol açıb. Bundan sonra Leadsom Maydan üzr istəyib. May isə rəqibinin üzrünü qəbul etdiyini açıqlamışdı. 

Baş nazir seçkilərinin oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu.  

Maraqlıdır ki, keçmişdə qadın və bərabərlikdən məsul, daha sonra isə təhsil naziri olan May, referendumdan öncə Aİ-də qalmaq üçün kampaniya aparırdı. Leadsom isə qurumdan ayrılmağı dəstəkləyirdi.

May dünya tarixinə "dəmir ledi" kimi iz salan və Böyük Britaniyanın ilk qadın baş naziri olan Marqaret Tetçerdən sonra bu postu tutacaq ikinci xanım olacaq. 

Ölkədə iyunun 24-də Avropa Birliyinin (AB) tərkibində qalıb-qalmaması ilə bağlı referendum keçirilib.
İngiltərənin yeni baş naziri bəlli oldu
Referendumda Böyük Britaniyada AB-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib.

Səsvermədə iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-nı tərk etməsini istəyib. Nəticələr elan olunduqdan sonra Britaniyanın baş naziri Devid Kemeron bu ilin oktyabr ayında istefa verəcəyini bəyan edib.