» » » Poroşenko Bakıya gəlir

Poroşenko Bakıya gəlir

Poroşenko Bakıya gəlir

Ukrayna prezidenti Azərbaycana rəsmi səfərə gələcək. ucarliyiq.biz-in “RİA Novosti” agentliyinə istinadla verdiyi məlumata görə, Pyotr Poroşenkonun səfər 13-14 iyul tarixlərinə planlaşdırılır.
Poroşenko Bakıya gəlir


Bakıda bu günlərdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək. P.Poroşenko da adıçəkilən tədbirdə iştirak edəcək. Həmçinin Ukrayna lideri ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirmək niyyətindədir.

Bundan başqa, iki ölkənin arasında münasibətlərin yaxşılaşmasına yönəldilmiş bir sıra ikitərəfli razılaşmaların imzalanması da səfər proqramına daxil edilib.
Poroşenko Bakıya gəlir
Ukrayna və Azərbaycan prezidentləri son dəfə mayın 23-də Türkiyənin İstanbul şəhərində görüşüblər.

Görüş zamanı Poroşenkonun Azərbaycana səfəri ilə bağlı məsələlər ətrafında müzakirə aparılmışdı.

Prezidentlər Davos İqtisadi Forumunda da bir araya gəliblər.