» » » Rus hərbçilər Ermənistanda təlim keçdi

Rus hərbçilər Ermənistanda təlim keçdi

Rus hərbçilər Ermənistanda təlim keçdi

 Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsindəki hərbi bazasında hərbi hissəsinin döyüş hazırlığının yoxlaması başlayıb. ucarliyiq.biz-in məlumatına görə, yoxlama müddətində əsas diqqət növbətçi qüvvələrə və havadan müdafiəetmə sistemlərinə yönələcək. Bu barədə bölgənin mətbuat katibi məlumat yayıb.

“Yoxlamanın gedişində CHD qərargahının komissiyası İrəvan hərbi qarnizonunda yerləşən Erebuni aviasiya bölmələrinin, Gümrüdəki hərbi bazanın tapşırıqları yerinə yetirməyə hazırlığının, “Kamxud” və “Alagöz” poliqonlarının maddi təlim bazasının vəziyyətini öyrənib” - məlumatda deyilir. 

2016-cı ilin fevral ayında Ermənistanda yerləşən Rusiya hərbi bazasında "Snayper - 2016" Ümumrusiya müsabiqəsinə hazırlıq keçirilib.

2015-ci ildə isə Rusiya Ermənistanda yerləşən Kamxud poliqonunda pilotsuz təyyarələrlə manevrlər keçirib. Bu barədə Cənub Hərbi Dairəsi məlumat verib. Hərbi təlimlərdə Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan da iştirak edib.