» » » “Aprel döyüşlərində Azərbaycanda istehsal edilmiş silah və sursatlardan geniş istifadə olunub”

“Aprel döyüşlərində Azərbaycanda istehsal edilmiş silah və sursatlardan geniş istifadə olunub”

“Aprel döyüşlərində Azərbaycanda istehsal edilmiş silah və sursatlardan geniş istifadə olunub”

“Aprel döyüşlərində Azərbaycanda istehsal edilmiş silah və sursatlardan geniş istifadə olunub”. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
“Aprel döyüşlərində Azərbaycanda istehsal edilmiş silah və sursatlardan geniş istifadə olunub”


Nazirin sözlərinə görə, döyüşlərdə Azərbaycan müəssisələrində istehsal olunan tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK-74M tipli avtomatlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından düşmənə qarşı geniş istifadə edilib. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Y.Camalov bildirib ki, cari ilin birinci yarısında Müdafiə Sənayesi Nazirliyinin qarşısına qoyulan vəzifələr uğurla icra edilib. 2016-cı ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişə uyğun olaraq, 192,2 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulub. Bundan başqa, 2016-cı ilin müdafiə sifarişində yaradılma bölməsində 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi planlaşdırılır.