» » » Gürcüstan prezidenti baba olub

Gürcüstan prezidenti baba olub

Gürcüstan prezidenti baba olub

Gürcüstanın prezidenti Georgi Marqvelaşvili baba olub. ucarliyiq.biz-in məlumatına görə, Bu barədə prezident "Facebook" səhifəsində yazıb: "Bir saat əvvəl baba oldum. Hədsiz xoşbəxtəm! Qızıma vahid Gürcüstanda can sağlığı arzu edirəm”.

Prezidentin qız nəvəsi olub. G.Marqvelaşviliyə yeni doğulan nəvəsi ilk nikahdan olan qızının övladıdır. Marqvelaşvili 3 dəfə evlənib. Sonuncu dəfə o, keçən il nikaha girib.
Georgi Marqvelaşvili 1969-cu ildə Tiflisdə anadan olub. O, 1992-ci ildə İvane Cavaxaşvili adına Tiflis Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri doktorudur. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib.

Marqvelaşvili 1995-2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib. O, uzun müddət Maka Çuçua ilə yaşayıb. O, 2014-cü ildə Prezident seçiləndən sonra rəsmən evlənib.