» » » Polisə silahlı hücum olundu

Polisə silahlı hücum olundu

Polisə silahlı hücum olundu

Türkiyədə polis avtomobili silahlı hücuma məruz qalıb. ucarliyiq.biz-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə dünən yerli vaxtla saat 23:00-da Giresun vilayətinin Dereli rayonunda baş verib.

Məlumata görə, polis əməkdaşı hücum edən şəxslərə təkbaşına müqavimət göstərib. Hücum edən şəxslər asayiş keşikçisini yaralayıblar. Bundan sonra isə hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Polis avtomobilinə hücum etmiş şəxslərin hansısa silahlı qruplaşmanın üzvləri olub-olmamaları hələlik məlum deyil. Faktla əlaqədar araşdırmalar aparılır.
Ötən günü də Türkiyədə yenidən güclü partlayış baş verib. Partlayış ölkənin cənubunda Hakkari şəhərində törədilib. Şahidlərin sözlərinə görə, iki dəfə güclü partlayış səsi eşidilib.

Partlayışlardan sonra şəhərdə atışma səsləri gəlib. Şəhərə zirehli maşınlar daxil olub. Xəsarət alan və ölənlər barədə məlumat verilmir. 
Polisə silahlı hücum olundu


Məlumata görə, ötən gün Şemdinlidə 4 nəfərin şəhid olmasına səbəb olan PKK terrorundan sonra bu gün adıçəkilən şəhərdə genişmiqyaslı əməliyyat başlayıb. Valilik  3 məhəllədə küçəyə çıxma qadağası tədbiq edib. Bölgəyə giriş-çıxış bağlanıb. Bu qadağa 3 gün müddətində qüvvədə olacaq.