» » » Gürcüstanın müdafiə naziri istefa verdi

Gürcüstanın müdafiə naziri istefa verdi

Gürcüstanın müdafiə naziri istefa verdi

Gürcüstanın müdafiə naziri istefa verib. ucarliyiq.biz-in məlumatına görə, Tinatin Xidaşeli vəzifəsini iyulun ortasında tərk edəcək. Bu haqda nazir özü "Respublika partiyası"nın ofisində bəyan edib. Brifinqdə, həmçinin məlum olub ki, Xidaşelidən başqa barışıq və bərabərlik naziri Paata Zakareişvili də vəzifəsindən istefa verib. Daha bir nazir Qiqla Aqulaşvili  isə vəzifəsində qalmasına baxmayaraq partiya sıralarından çıxıb.
Gürcüstanın müdafiə naziri istefa verdi


Xidaşelinin sözlərinə görə, o, ötən gün Baş nazirlə görüşüb və iş cədvəli haqqında danışıqlar aparıb.

"Biz bu prosesi sivil şəkildə sona çatdırmalıyıq. Yekunlaşdırmalı olduğumuz bir neçə tədbir qalıb. Mən heç vaxt işlərimi yarımçıq atmıram" - deyə xanım Xidaşeli bildirib.

Gürcü nazirlər öz postlarını parlament seçkilərinə qatılmaq üçün tərk edirlər. "Respublika partiyası"nın seçki siyahısına Gürcüstan parlamentinin spikeri David Usupaşvili başçılıq edir.