» » » Almaniya Türkiyədən qoşunlarını çıxarır

Almaniya Türkiyədən qoşunlarını çıxarır

Almaniya Türkiyədən qoşunlarını çıxarır

 "Əgər Türkiyə alman deputatlara İncirlik Hərbi Hava bazasını ziyarət etməyə icazə verməsə Almaniya öz hərbi qüvvələrini bazadan geri çəkə bilər". ucarliyiq.biz-in məlumatına görə bu sözləri Almaniya parlamentinin sədri Norber Lammert söyləyib.

"Bir daha vurğulamaq istərdim ki, Bundestaq başqa bir ölkəyə hər hansı bir beynəlxalq missiya çərçivəsində qoşun göndərir. Əgər orada onlar məmnun deyillərsə deməli uzun müddət qalmayacaqlar" -deyə Lammert bildirib.

Almaniya müdafiə nazirliyi iyulun əvvəlində başda Almaniya Federal Müdafiə Nazirliyinin müşaviri Ralf Brauksiep bir qrup alman millət vəkili ilə birlikdə İncirlik hərbi hava bazasına girişinə qadağa qoyulub. 
Almaniya Türkiyədən qoşunlarını çıxarır


 Baş verənlərlə bağlı bir müddət əvvəl açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "siyasətçilərin İncirliyi ziyarət etməsinə lüzum görmürük", - deyə bildirib. XİN rəhbəri bu sözləri Ankarada olan Malta XİN başçısı ilə ortaq mətbuat konfransında deyib. 
Almaniya Türkiyədən qoşunlarını çıxarır


“Bu bazaya gəlmək istəyən hərbi texniki heyətlərin hamısının üzünə qapı açıqdır. Amma hazırkı mərhələdə hərbçi olmayan heyətlərin, özəlliklə də siyasətçilərin İncirliyə girişini düzgün hesab etmirik".

İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. 

Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Türkiyə və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.
Almaniya Türkiyədən qoşunlarını çıxarır
Suriyada terrorçulara qarşı aparılan əməliyyatlarda iştirak etmək üçün 2015-ci ilin dekabrında Almaniyanın "Tornado" kəşfiyyat təyyarələri İncirlik Hərbi Hava Bazasında yerləşdirilib. Hazırda bazada 200 dən çox alman hərbçisi var. "Tornado" təyyarələri demək olarki hər gün Suriyada kəşfiyyat əməliyyatları həyata keçirir.