» » » "Azərbaycan NATO hərbi təlimlərinə qatılmayacaq"

"Azərbaycan NATO hərbi təlimlərinə qatılmayacaq"

"Azərbaycan NATO hərbi təlimlərinə qatılmayacaq"

"Azərbaycan NATO-nun Ukraynada keçiriləcək hərbi təlimlərində iştirak etməyi planlaşdırmır. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər. Bildirilib ki, Azərbaycan Ukraynada "Sea Breeze- 2016" adlı hərbi təlimlərdə iştirak etməyəcək. 

Ukraynada ABŞ-la birgə həyata keçirilən "Sea Breeze-2016"  hərbi təlimləri iyulun 18-də başlayacaq. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, təlim Odessa və Nikolayev vilayətlərinin ərazisində, eləcə də Qara dənizin şimal-qərb hissəsində aparılacaq.

 

"Təlimlərin əsas məqsədi münaqişə regionlarında təhlükəsizlik üzrə çoxmillətli əməliyyatların keçirilməsidir", - məlumatda deyilir.

 

Bundan əvvəl də iyunun 27-də Azərbaycan Lvov vilayətinin Yarovski rayonundakı poliqonunda baş tutan "Rapid Trident-2016" Ukrayna- ABŞ hərbi təlimlərindən də imtina edib.