» » » Obama göz yaşı tökdü

Obama göz yaşı tökdü

Obama göz yaşı tökdü

Birləşmiş Ştatlar prezidenti Barak Obama Dallas şəhərində öldürülən polislərin anım mərasimində çıxış edib. Nitqi zamanı prezident kövrələrək göz yaşılarını saxlaya bilməyib.

ucarliyiq.biz-in məlumatına görə, Obama bir neçə gün əvvəl Dallasda öldürülən beş asayiş keşikçisi üçün keçirilən tədbirdə çıxış edib. Çıxışı zamanı dövlət başçısı "ümidsiz olmadıqlarını və fərz etdikləri qədər aciz olmadığımızı sübut etmək üçün burdayam" deyib.

Anım tədbiri Dallas şəhərində yerləşən Morton H. Meyerson Mərkəzi binasında keçirilib. Nitq söyləyən Barak Obama polislərin güllə atəşlərindən qorxmadıqlarını, cəsarətli addım atdıqlarını dediyi anda göz yaşları axıdıb.

Amerika Birləşmiş Ştatlarında qaradərililərin etirazları pik həddə çatıb. ucarliyiq.biz-in məlumatına görə, polisin qaradərili insanları qətlə yetirməsinə qarşı Dallasda keçirilən etiraz aksiyasında atışma baş verib.
Obama göz yaşı tökdü


Vətəndaşlar dinc şəkildə yürüş edən zaman şəhərin mərkəzindən güllə səsləri eşidilib. Atəş səsindən sonra polis dəstələri yaxınlıqdakı yeraltı dayanacağa daxil olub və atəş açan şəxsin axtarışlarına başlayıb.

Yanğınsöndürənlər və ərazidə olan polislər etiraz edən sakinləri hadisə yerindən uzaqlaşdırmağa çalışıb.

BBC-nin yaydığı məlumata görə, atışmada 5 polis zabiti qətlə yetirilib, 11 nəfər yaralanıb. Dallas Polis İdarəsinin rəisi Devid Braun verdiyi açıqlamada silahlı hücumun kimliyi bəlli olmayan 2 snayper tərəfindən həyata keçirildiyini açıqlayıb.