» » » Bu gün yeni baş nazir seçiləcək

Bu gün yeni baş nazir seçiləcək

Bu gün yeni baş nazir seçiləcək

İyulun 13-də Britaniyada hökumət başçısı dəyişəcək. ucarliyiq.biz-in məlumatına görə, son 6 ildə hökumətə başçılıq edən Devid Kemeron istefaya gedəcəyini bildirib. Onu Mühafizəkarlar Partiyasının yeni lideri Tereza Mey əvəzləyəcək.

59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. "Dəmir ledi" Marqarit Tetçer hakimiyyətdən gedəndən 26 il (1979-1990) sonra krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.
Bu gün yeni baş nazir seçiləcək
Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri və baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Partiya sədrliyinə namizədlərin irəli sürülmə prosesi iyunun 29-da başlayıb.

Bu gün yeni baş nazir seçiləcək


Böyük Britaniyanın baş naziri Devid Kemeron un sözlərinə görə, referendumun nəticələrinin açıqlanmasından sonra ölkəyə yeni liderlər lazım olacaq. Bu səbəbdən o, istefaya getmək qərarına gəlib. Kemeron həmçinin qeyd edib ki, referendumun nəticələri britaniyalıların həyatında kəskin dəyişikliklərə səbəb olmayacaq.

Referendumda iştirak edən seçicilərin əsas hissəsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. "Brexit"in (Böyük Britaniyanın Aİ-dən çıxma prosesi) tərəfdarlarının sayı 52% təşkil edib.

Kemeron Britaniyanın Aİ-yə üzv qalmasının tərəfdarı idi. O, iddia edirdi ki, britaniyalıların ölkənin Aİ-dən çıxmasına səs verməsi Avropadakı sülhü təhdid edə bilər. 
Bu gün yeni baş nazir seçiləcək