» » » Poroşenkonun Azərbaycana gəlişinin səbəbi

Poroşenkonun Azərbaycana gəlişinin səbəbi

Poroşenkonun Azərbaycana gəlişinin səbəbi

“Ukrayna və Azərbaycan prezidentlərinin görüşü çoxdan gözlənilən siyasi hadisədir. Geniş coğrafiyanı əhatə edən siyasi və ictimai aktiv auditoriya bu görüşün baş tutmamasının səbəblərini müxtəlif formatlarda müzakirə edirdi”.

Bunu Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov ucarliyiq.biz-ə Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana rəsmi səfərinin gözləntiləri barədə açıqlamasında bildirib.

Cavadovun sözlərinə görə, Azərbaycan hökumətinin Ukraynaya artıq 1 ildir ki, səfir göndərməməsi isə Ukrayna – Azərbaycan münasibətlərinin korlanmasında maraqlı olan qüvvələrə istədiklərini həyata keçirmək üçün daha rahat və asan şərait yaradıb.

“Ukraynanın indiki hökumətinin iqtidara gəlməsində UABD-nin də əməyi keçib. Ukrayna ilə Azərbaycan münasibətləri hər zaman hərarətli olub. Hətta dünyadakı siyasi fəallığı nəzərə alsaq prezidentlərin mütləq surətdə qəti qərarlar verəcəyini güman etmək olar”, - deyə Cavadov bildirib. Cavadovun sözlərinə görə Poroşenkonun Azərbaycandan iqtisadi dəstək istəyəcəyi istisna edilmir.
Poroşenkonun Azərbaycana gəlişinin səbəbi
 
Poroşenkonun Azərbaycana gəlişinin səbəbi


Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri 13-14 iyul tarixlərinə planlaşdırılır. Bakıda bu günlərdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək. P.Poroşenko da adıçəkilən tədbirdə iştirak edəcək. Həmçinin Ukrayna lideri ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirmək niyyətindədir.
Poroşenkonun Azərbaycana gəlişinin səbəbi
Bundan başqa, iki ölkənin arasında münasibətlərin yaxşılaşmasına yönəldilmiş bir sıra ikitərəfli razılaşmaların imzalanması da səfər proqramına daxil edilib. Ukrayna və Azərbaycan prezidentləri son dəfə mayın 23-də Türkiyənin İstanbul şəhərində görüşüblər. Görüş zamanı Poroşenkonun Azərbaycana səfəri ilə bağlı məsələlər ətrafında müzakirə aparılmışdı. Prezidentlər Davos İqtisadi Forumunda da bir araya gəliblər.